"Fikrimcə, balanslı qrupa düşmüşük. İstənilən komanda rəqibini büdrədə bilər". Matç.az saytı xəbər verir ki, bu sözlər Slovakiya yığmasının qapıçısı Martin Dubravkaya məxsusdu.
 
Slovaklar AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupa düşüb. Qrupu dəyərləndirən Dubravka hədəflərinin final mərhələsinə adlamaq olduğunu söyləyib: "Əlbəttə ki, favorit Xorvatiya olacaq. Onların heyəti dünya ulduzları ilə əhatələnib. Bizi heç də asan mübarizə gözləmir. Şəxsən mən yenidən İngiltərə ilə qarşılaşmaq istərdim. çünki "Uembli"də onlara qarşı oynamaq əla təcrübədi. önəmli deyil, düşdüyümüz qrupda da maraqlı komandalar var. Macarıstanlı azarkeşlərə görə onlarla görüşlərimiz maraqlı alınacaq. Onlar, xüsusən də, ev oyunlarında ac olacaqlar. Bizi həyəcanlı matçlar gözləyir. çox yaxşı kollektivimiz var. Yenidən güclü oyunlar ortaya qoyaraq, mərhələni adlamağa çalışacağıq".
 
Qeyd edək ki, E qrupunda Slovakiya və Azərbaycanla yanaşı, Xorvatiya, Uels və Macarıstan qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest