"çox çətin qrupa düşmüşük". Matç.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Yuray Kuçka deyib.
 
"Trabzonspor"un futbolçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsini dəyərləndirib. 31 yaşlı oyunçu uğurlu sonluğa inandığını söyləyib: "Ağır tapşırığın öhdəsindən gəlməli olacağıq. Bunu bacarıb-bacarmadığımız seçmə mərhələ başa çatdıqdan sonra bilinəcək. Yalnız bundan sonra çıxışımızı qiymətləndirmək olar. Uğurlu nəticələr göstərmək üçün əlimizdən gələni edəcəyik. Bizi qrupda maraqlı oyunlar gözləyir. Bu yolda nailiyyət əldə etmək üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var".
 
Qeyd edək ki, E qrupunda Xorvatiya, Uels, Macarıstan, Slovakiya və Azərbaycan mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest