"İlk görüşümüz çox maraqlı olacaq. Azarkeşləri bu matça dəvət edirəm. Məqsədimiz final mərhələsinə vəsiqədi. 1-ci və ya 2-ci olmaq barədə düşünmürəm. Hətta Millətlər Liqasından pley-offa çıxmaq ehtimalını da fikirləşmirəm. Seçmə mərhələdəyik və yalnız bura köklənmişik"

"Beş komandalı qrupa düşdüyümüz üçün çox sevindik. çünki yoxlama oyunları keçirmək imkanımız olacaq". Matç.az saytı xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.

AVRO-2020-nin seçmə mərhələsinin püşkatması və təqvimi ilə bağlı müsahibə verən mütəxəssis Xorvatiya, Uels, Macarıstan və Azərbaycanla oyunlarla kifayətlənməyəcəklərini bildirib: "Bunu etmək çətin olacaq. çünki qrafik sıxdı. İyunda yoxlama oyunu üçün rəqib tapmaq müşkül olacaq. Avropa komandaları seçmə matç keçirəcək. Avropadan kənarda rəqib axtarmalıyıq. Mütləq iki yoxlama oyunu keçirməliyik. Artıq rəqib axtarışına başlamışıq. Seçmə mərhələ qısa müddəti əhatə edir. Hazırlığa da vaxtımız azdı. çalışacağıq ki, uğur əldə edək".

Hapal ilk matçın Macarıstanla keçirilməsinə münasibət bildirib: "İlk görüşümüz çox maraqlı olacaq. Azarkeşləri bu matça dəvət edirəm. Məqsədimiz final mərhələsinə vəsiqədi. 1-ci və ya 2-ci olmaq barədə düşünmürəm. Hətta Millətlər Liqasından pley-offa çıxmaq ehtimalını da fikirləşmirəm. Seçmə mərhələdəyik və yalnız bura köklənmişik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest