"Azərbaycan son dövrlərdə o qədər inkişaf edib ki, kimisə qiymətləndirməməyə haqqımız yoxdu"

"Azərbaycan millisi seçmə mərhələdə təkcə bizə deyil, digər rəqiblərinə də problem yarada bilər. Xüsusilə də Bakıdakı ev oyunlarında bunu gerçəklədirmələri mümkündü". Matç.az saytı xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

54 yaşlı italiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsi ilə bağlı müsahibə verib. Rossi püşkdən sonra verdiyi açıqlamada ən münasib rəqib adlandırdığı Azərbaycan yığması barədə daha ehtiyatlı danışıb: "Azərbaycan son dövrlərdə o qədər inkişaf edib ki, kimisə qiymətləndirməməyə haaqımız yoxdu. Buna imkan verməməliyik. Seçmə mərhələ zamanı konsentrasiyanı itirməməliyik. Yanaşmamız mükəmməl olmalıdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest