Futbol üzrə çexiya milli komandasının sabiq müdafiəçisi Andrey çelustka Türkiyənin "Antalyaspor" klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, 31 yaşlı futbolçunun Super Liqa təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.
 
Tərəflər anlaşmanın müddətini uzatmaq istəməyiblər və çelustka ölkəsinə qayıtmaq məcburiyyətində qalıb. Artıq onun yeni komandası da bəllidi. Təcrübəli oyunçu Praqa "Sparta"sı ilə 3 illik müqavilə imzalayıb.
 
Vaxtilə "Trabzonspor"da da forma geyinmiş çelustka beş mövsüm idi "Antalyaspor"da oynayırdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 28 oyuna çıxıb, 1 qola imza atıb. Bütövlükdə isə çex oyunçunun "Antalyaspor" karyerası 142 matçdan və 11 764 dəqiqədən ibarətdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest