"Şəxsən mən çox xoşbəxtəm. Arzuladığım və ya arzulamadığım rəqib yox idi. Xüsusən də, Macarıstanla eyni qrupa düşməyimizə sevinirəm. Onlarla "döyüş"ümüz çexiyalılarla görüşdəki kimi olacaq".
"Qrup çox balanslıdı. Bir-biri ilə başabaş mübarizə apara biləcək 3-4 komanda var. Bu da azarkeşlər üçün maraqlı oyunların olacağından xəbər verir". Matç.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Stanislav Lobotka deyib.
"Selta"nın futbolçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə qrup mərhələsini dəyərləndirib. O, uğurlu nəticə göstərə biləcəkləri qrupa düşdüklərini söyləyib: "Şəxsən mən çox xoşbəxtəm. Arzuladığım və ya arzulamadığım rəqib yox idi. Xüsusən də, Macarıstanla eyni qrupa düşməyimizə sevinirəm. Onlarla "döyüş"ümüz çexiyalılarla görüşdəki kimi olacaq. Oynaya biləcəyimiz qrupdu. Digər komandalara daha arzuolunmaz rəqib ola bilərik. Rəqibləri dayandırmaq və irəliləmək məcburiyyətindəyik".
Qeyd edək ki, Slovakiya E qrupunda Xorvatiya, Uels, Macarıstan və Azərbaycanla mübarizə aparacaq.