"Andorra, Malta və Lüksemburqla görüşdəki aldaçdıcı məğlubiyyətləri nəzərə alsaq, Azərbaycanı qiymətləndirməmək olmaz. Düzdü, Azərbaycanın futbol yığmasının uğurlarını futzal millisi ilə müqayisə etmək olmaz"
Macarıstan mətbuatı AVRO-2020-nin seçmə mərhələsinin E qrupunu dəyərləndirib. Matç.az saytı xəbər verir ki, yerli KİV qrupda yer alan rəqiblərin macarlar üçün nə dərəcədə təhlükəli ola biləcəyini araşdırıb.
Xorvatiya, Uels və Slovakiyanı ciddi rəqib sayan həmkarlarımız Azərbaycan millisini də potensial təhlükə kimi qələmə verib: "Andorra, Malta və Lüksemburqla görüşdəki aldaçdıcı məğlubiyyətləri nəzərə alsaq, Azərbaycanı qiymətləndirməmək olmaz. Düzdü, Azərbaycanın futbol yığmasının uğurlarını futzal millisi ilə müqayisə etmək olmaz. çünki onların futzal millisində cənubi amerikalılar çıxış edir və daha güclüdülər. Ancaq rəqibin Xorvatiya ilə matçlarını unutmaq olmaz. Əgər xorvatlar bu rəqiblə görüşdə xal itiriblərsə (0:0), deməli, Bakıda çətin oyun olacaq".
Macarıstan yığmasının baş məşqçisi Marko Rossi isə qısa açıqlamasında Xorvatiyanın qrupun favoriti olduğunu, digər 4 komandanın isə ikinci yer uğrunda yarışacağını bildirib.