Avqustun 21-də start götürəcək Azərbaycan Premyer Liqasına hazırlıqlarını davam etdirən "Səbail" və "Keşlə" klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər

Avqustun 21-də start götürəcək Azərbaycan Premyer Liqasına hazırlıqlarını davam etdirən "Səbail" və "Keşlə" klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
 
Matc.az xəbər verir ki, saat 18:00-da start götürən qarşılaşma Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirilib.
 
Tərəflər bu oyundan qolsuz ayrılıblar. Halbuki, bu komandaların Qəbələdəki toplanış çərçivəsində baş tutan duelində "Keşlə" 2:0 üstün olmuşdu.
 
"Səbail" Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Neftçi" ilə qarşılaşacaq. "Keşlə" ilə "Sumqayıt"ın qonağı olacaq.
 
Yoxlama oyunu
 
14 avqust
 
Səbail – Keşlə 0:0
Bakı Olimpiya stadionu, ehtiyat meydança

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest