İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov hazırlıqlara başlayır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, yığmamızın üzvünün icazə müddəti başa çatıb.

"Albasete" bir neçə gün öncə yeni mövsümün məşqlərini bərpa etsə də, İsrafilov hazırlıqlarda yox idi. Onun artıq İspaniyada olduğu və komanda ilə toplanışa qoşulduğu bildirilir.

Qeyd edək ki, yarımmüdafiəçinin İspaniya klubu ilə bir illik müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest