"Mənim üçün Kilian Mbappe və mən dünyada iki ən yaxşı oyunçuyuq".
"Barselona"nın hücumçusu Lamin Yamal 2025/2026 mövsümünün yekunlarına əsasən "Qızıl top"u kimin almalı olduğu barədə sualı cavablandırıb.
Matc.az xəbər verir ki, bu barədə "Goal" idman nəşri məlumat yayıb.
Gənc oyunçu iddialı açıqlamalar verib: "Qızıl top"u kimə verərdim? Dürüst olsam, düşünürəm ki, bəlkə də dünyada yalnız iki ən yaxşı oyunçu var, lakin bu il mükafat mənə qismət olmalıdır. Mənim üçün Kilian Mbappe və mən dünyada iki ən yaxşı oyunçuyuq və oyunları izləyən hər kəs bunu başa düşür".
Ötən mövsümün yekunlarına görə Yamal "Barselona"nın heyətində La Liqanın qalibi olub. İspaniya millisinin heyətində isə 19 yaşlı vinqer dünya çempionatının qızıl medalını qazanıb.
Qeyd edək ki, qaliblər oktyabrın 26-da Londonda təşkil olunacaq "Qızıl top"un təqdimetmə mərasimində elan ediləcək.













