"Qarabağ" daha bir futbolçu transfer edib.
 
Matc.az xəbər verir ki, Ağdam klub uzun müddət davam edən danışıqların nəticəsində Bolqarıstan "çeno More"sində forma geyinən Patrik Andradeni heyətinə qatıb.
 
Bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə kabo-verdeli yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
 
lkəsinin "Sportinq", "Desportivo", "Benfika" klublarında oynadıqdan sonra Portuqaliyanın "Ribeyrao" komandasına üz tutan Andrade, 2013/14 mövsümündə "Joane"də icarədə olub. 2014-cü ildən 2018-ci ilə qədər "Moreyrense"də çıxış edən futbolçu, həmin illərdə "Famalikao" və "Salqeyros"da icarədə oynayıb. 2018-ci ildən isə o, Bolqarıstanın "çerno More" komandasında çıxış edirdi.
 
Qeyd edək ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina və Uroş Matiçi də transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest