16 Sentyabr 2020, 09:43
FUTBOL
Belarusiyanın BATE klubunun iki üzvü koronavirusa yoluxub.
Matc.az xəbər verir ki, komanda futbolçularının Avropa Liqasının 2-ci təsnifat mərhələsində çSKA (Sofiya) ilə oyun öncəsi test nəticələrinin pozitiv çıxdığını açıqlayıb.
Klub saytından verilən məlumata görə, infeksiyaya yoluxan oyunçular Stanislav Draqun və İqor Staseviçdir.
Qeyd edək ki, çSKA – BATE görüşü sentyabrın 17-də Sofiyada keçiriləcək.