16 Dekabr 2025, 18:20
FUTBOL
2025-ci il FIFA Qitələrarası Kubokunun finalında Fransa təmsilçisi PSJ ilə Braziliyanın “Flamenqo” klubu qarşılaşacaq.
Matc.az xəbər verir ki, görüş sabah Qətərin Əl-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Libertadores Kubokunun qalibi olan “Flamenqo” ikinci mərhələdə Meksikanın “Krus Azul” klubunu 2:1, pley-offda isə Misirin “Piramids” komandasını 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
UEFA Çempionlar Liqasının qalibi PSJ isə birbaşa finalda iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, ötən il finalda Meksika təmsilçisi “Paçuka”nı 3:0 hesabı ilə məğlub edən “Real” kubokun sahibi olmuşdu.












