16 Dekabr 2025, 16:27
FUTBOL
"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Arçi Braun sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu Super Liqanın 16-cı turunun "Konyaspor"la matçında (4:0) sağ ayağından zədələnib. 23 yaşlı sol cinah müdafiəçisinin təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, Arçi Braun bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 25 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.












