19 Sentyabr 2020, 10:08
FUTBOL
ötən mövsümün sonunda "Qəbələ"dən ayrılmış Fernan Lopes karyerasını Polşada davam etdirəcək. Matc.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi sözügedən ölkənin "Yagelloniya" klubuna keçib.
25 yaşlı oyunçu yeni komandası ilə 1+1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Lopes ötən mövsüm "Qəbələ"nin heyətində 3 qol vurub və 5 məhsuldar ötürmə edib.