Azərbaycan Premyer Liqasının III turu "Səbail"in futbolçusu Urfan Abbasov üçün əlamətdar olub.
Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, meydana kapitan kimi çıxan müdafiəçi ölkə çempionatında 200-cü matçını keçirib.
Yubiley "Sumqayıt"la səfər görüşünə (1:2) təsadüf edib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən milli komandamızın üzvü indiyədək "Qəbələ" və "Səbail"in heyətində forma geyinib. O, 200 oyunda 3 qol vurub.
Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 132-ci futbolçudur.
mövsüm |
klub |
oyun |
qol |
2011/12 |
Qəbələ |
12 |
0 |
2012/13 |
Qəbələ |
28 |
0 |
2013/14 |
Qəbələ |
21 |
1 |
2014/15 |
Qəbələ |
25 |
1 |
2015/16 |
Qəbələ |
21 |
0 |
2016/17 |
Qəbələ |
20 |
0 |
2017/18 |
Qəbələ |
25 |
0 |
2018/19 |
Qəbələ |
25 |
1 |
2019/20 |
Səbail |
20 |
0 |
2020/21 |
Səbail |
3 |
0 |