21 Sentyabr 2020, 11:04
FUTBOL
Azərbaycan Premyer Liqasının III turu "Neftçi"nin qapıçısı Aqil Məmmədov üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, "Qarabağ"la səfər matçı (1:1) qolkiperin Premyer Liqada "ağ-qaralar"ın heyətində keçirdiyi 50-ci oyun kimi yadda qalıb.
O, 2015-16-ci illərdə də şərəfini qoruduğu paytaxt təmsilçisinə 2019-cu ildə qayıdıb. Məmmədov bu müddətdə keçirdiyi 50 görüşdə 57 top buraxıb.
Qeyd edək ki, Aqil Azərbaycan çempionatlarında "Neftçi"də 50 və daha çox oyun keçirən 7-ci qapıçıdır.
2014/15 |
Neftçi |
13 |
-16 |
2015/16 |
Neftçi |
28 |
-34 |
2019/20 |
Neftçi |
6 |
-3 |
2020/21 |
Neftçi |
3 |
-4 |
Cəmi |
50 |
-57 |