"Qarabağ"la oyunda komandamın dinamikası önəmlidir. Rəqibə qarşı çıxış etməyin yolu irəlidə güclü təzyiq etmək və hücumların qarşısını almaqdır".

"Qarabağ"la oyunda komandamın dinamikası önəmlidir. Rəqibə qarşı çıxış etməyin yolu irəlidə güclü təzyiq etmək və hücumların qarşısını almaqdır. Əks halda, təhlükəli hücumlar təşkil edə bilərlər".

Matc.az xəbər verir ki, bu fikirləri "Legiya"nın məşqçisi çeslav Mixneviç "przegladsportowy.pl" nəşrinə açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Polşanın U-21 yığmasına da rəhbərlik edən 50 yaşlı mütəxəssis matça fərqli "11-lik"lə çıxacağını bildirib: "Meydanın mərkəzini gücləndirməliyik. Bunu yaxşı ideya hesab edirəm. Legionerlər isə cinahlardan sürətli hücuma keçməlidirlər. Kosovo çempionu "Drita" ilə matçdan fərqli, meydana başqa heyət buraxmaq lazımdır. çünki bu dəfə daha çox qol epizodu yaratmalıyıq".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest