Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ilk görüşündə Xorvatiyanın qonağı olacaq. Matç.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, qarşılaşmanın məkanı müəyyənləşib.

Belə ki, martın 21-dəki oyun Zaqrebdə baş tutacaq. Dünya çempionatının gümüş mükafatçısı millimizi 35 min azarkeş tutumuna malik "Maksimir" stadionunda qəbul edəcək. Oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Qeyd edək ki, yığmamız sentyabrın 6-da isə Kardiffdə Uelsin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest