çempionlar Liqasının D qrupunun sonuncu matçında "Porto" "Qalatasaray"a qalib gəlib. Matç.az saytının məlumatına görə, istanbulda keçirilən və portuqaliyalıların 3:2 hesablı üstünlüyü ilə başa çatan görüşdə qapıçı İker Kasilyas 90 dəqiqə meydanda olub.

Bununla da təcrübəli qapıçı qitənin ən nüfuzlu klub turnirində 100-cü qələbəsini qazanıb.

Qeyd edək ki, 37 yaşlı qolkiper bu göstəricidə Kristiano Ronaldodan sonra ikinci oyunçu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest