12 Dekabr 2018, 09:33
FUTBOL
çempionlar Liqasının dörd qrupunda mübarizəyə yekun vurulub. Matç.az saytının məlumatına görə, İngiltərənin turnirdəki 4 komandasının hər biri adını 1/8 finala yazdırmağı bacarıb.
Bu isə "böyük beşlik" ölkələri arasında yeganə maksimum göstəricidi. "Mançester Siti" və "Mançester Yunayted" bir tur əvvəldən qrupdan çıxmağı təmin etmişdisə, dünənki qarşılaşmaların ardından "Liverpul"la "Tottenhem" də onlara qoşulub.
İspaniya ("Barselona", "Real", "Atletiko") və Almaniyanın ("Bavariya", "Borussiya" (Dortmund), "Şalke") 3 komandası mübarizəni davam etdirəcəksə, çL-in bundan sonrakı mərhələsində İtaliyanı 2 klub - "Yuventus" və "Roma" təmsil edəcək.