PSJ rəhbərliyi hücumçusu Kilian Mbappe ilə müqavilə uzatmaq niyyətindədir. Matc.az AS nəşrinə istinadən xəbər veir ki, Paris klubu 21 yaşlı oyunçuya 5 illik yeni sözləşmə təklif edib.

Məlumata görə, Fransa millisinin forvardı təklifi qəbul etsə, illik 30 milyon avro qazanacaq. Rəhbərlik bu müqavilə ilə "Real"ın Mbappeni almaq ehtimalının da qarşısına keçməyi düşünür. Futbolçu özü hələ yekun qərar verməyib. Onun PSJ-də qalıb-qalmayacağı bəlli deyil.

Qeyd edək ki, 21 yaşlı hücumçunun klubu ilə 2022-ci ilə qədər müqaviləsi var. Oyunçunun gələn il "Real"a keçəcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest