Futbol üzrə Azərbaycan I Divizionunda V tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
 
"Qaradağ Lökbatan" – "Kəpəz" görüşündə qapılara qol vurulmayıb.
 
"Qarabağ"ın əvəzediciləri səfərdə "Sabah"a, "Turan Tovuz" isə "Sumqayıt"ın ikinci komandasına böyük hesabla qalib gəlib.
 
I Divizion
V tur
4 noyabr
 
"Qaradağ Lökbatan" – "Kəpəz" 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Kərim Zeynalov, Rəşad Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 13:00
 
"Sabah-2" – "Qarabağ-2" 0:3
Qol: Nihad Quliyev, 8, Cavid Bayramov, 19, Hüseyn Hüseynzadə, 22.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, Səbuhi Bayramov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00
 
"Sumqayıt-2" – "Turan Tovuz" 0:3
Qol: Vidadi Cəfərov, 18, 70, Aqşin Muxtaroğlu, 28.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rövşən Rəcəbov
"Kapital Bank Arena" (ehtiyat meydança), 14:00
 
5 noyabr
 
"Zaqatala" – MOİK
Hakimlər: Rəvan Həmzəzadə, Ruslan Quliyev, Hidayət Feyzullayev, Kamranbəy Rəhimov
Zaqatala şəhər stadionu, 13:00
 
"Neftçi-2" – "Keşlə-2"
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Türk Hava Yolları Furbol Mərkəzi (4-cü meydança), 15:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest