Avstriyanın "Volfsberger" klubunun bəzi futbolçuları koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Xorvatiyada Zaqreb "Dinamo"suna qarşı keçiriləcək oyundan öncə klubun bütün kollektivindən koronavirus testi götürülüb. Test nəticəsində komandanın 8 oyunçusunun koronavirusa yoluxduğu müəyyənləşib.
 
Həmin şəxslər digər futbolçulardan təcrid edilib və hazırda evlərində karantindədir.
 
Qeyd edək ki, "Dinamo" – "Volfsberger" matçı noyabrın 5-də Zaqrebdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest