Türkiyənin "Beşiktaş" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Velinton Sousa sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqanın 8-ci turu çərçivəsində "Qaziantep"lə keçirilən oyunda zədələnən braziliyalı müdafiəçi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
"Qaziantep" – "Beşiktaş" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest