Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Matç.az xəbər verir ki, iki gün davam edəcək oyunlardan sonra yarımfinalçılar bəlli olacaq.

Bu qarşılaşmalarda Azərbaycan futbolunda 2018-ci ilə yekun vurulacaq. İlin son görüşləri Bakıda start götürəcək.

öncə "Səbail" doğma meydanda "Zirə"ni qəbul edəcək. Evdə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası Premyer Liqadakı uğursuz ilk yarını kubokun yarımfinalına vəsiqə ilə sığortalamalıdı. Qonaqlar üstünlüyünü qorumağa çalışacaqsa, meydan sahibləri tur adlamaq üçün ən azı 2 qol vurmalıdı. Matçı penaltilər seriyasına daşıması üçün isə 1 qol vurmalı olan Aftandil Hacıyevin yetirmələri ilk oyunda qırmızı vərəqə alan Tome Kitanovskinin xidmətindən məhrumdu.

İkinci yarımfinalçı Sumqayıtda bəlli olacaq. çempionatın lideri "Neftçi"ni onun meydanında iki cavabsız qolla məğlub edərək kiçik sensasiya gerçəkləşdirən "Sumqayıt" ötənilki kimi yenə qış çempionunu mübarizədən kənarlaşdırmağa yaxındı. Ayxan Abbasovun yetirmələri öz meydanında bu üstünlüyünü qoruyacağı daha inandırıcı görünür. Ardıcıl iki oyunda sumqayıtlıların qapısından qol keçirə bilməyən Roberto Bordinin komandası ilin sonundakı bu "dişsizlik" problemini həll etməsə, mübarizəni dayandıracaq.

İkinci oyun gününə "Əlincə Arena"da start veriləcək. çempionatın debütantı, ilk dəfə 1/4 final həyəcanı yaşayan "Sabah" ötən mövsümün finalçısı "Qəbələ"ni mübarizədən kənarlaşdırmağa çalışacaq. Qonaqlar ilk oyundakı minimal üstünlüyü qorumaq niyyətindədi. Elşad Əhmədovun komandası isə zədəli Marko Deviçsiz meydana çıxacaq.

2018-ci ilin son oyununda ötən mövsümün qalibləri üz-üzə gələcək. Son çempion "Qarabağ" kubokun sahibi "Keşlə"ni sınağa çəkəcək. Bakılılar titulunu itirməmək üçün səfərdəki minimalhesablı məğlubiyyətin əvəzini çıxmalıdı. Qurban Qurbanovun yetirmələri isə 1 il əvvəlki kimi 1/4 finalda dayanmamaqla kuboka da iddialı olduğunu göstərməlidi.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları

19 dekabr (çərşənbə)

16:00. "Səbail" – "Zirə"
Bayıl Arena
İlk oyun – 0:1

19:00. "Sumqayıt" – "Neftçi"
"Kapital Bank Arena"
İlk oyun – 2:0

20 dekabr (cümə axşamı)

16:00. "Sabah" – "Qəbələ"
"Əlincə Arena"
İlk oyun – 0:1

19:00. "Keşlə" – "Qarabağ"
"ASK Arena"
İlk oyun – 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest