"Marsel"in yarımmüdafiəçisi Pyer-Emil Hoybyerq "Yuventus"un maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirlir ki, Turin klubunun baş məşqçisi Luçano Spalletti yarımmüdafiəçini qış "transfer pəncərəsi"ndə alınmasını istəyir. 30 yaşlı danimarkalı milli oyunçu onun əsas hədəflərindən biridir.

"Yuventus"un baş direktoru Damien Komolli müqavilə üzərində işləyir. "Marsel" isə gözləmə mövqeyindədir və oyunçu ilə yollarını ayırmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, "Yuventus" da yayda Hoybyerqi transfer etmək istəyib, lakin "Marsel"in baş məşqçisi Roberto De Zerbi danimarkalı futbolçunu saxlamaqda israr edib.

Hoybyerqi bu mövsüm 20 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest