"Mançester Yunayted" baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıra bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, uğursuz çıxış davam edəcəyi təqdirdə, portuqaliyalı mütəxəssis istefaya göndəriləcək.

Ancaq bu halda "mankunianlar"ın büdcəsindən kifayət qədər pul çıxacaq. Belə ki, rəhbərlik çalışdırıcının müqaviləsinə xitam verərsə, ona 24 milyon funt sterlinq təzminat ödəməli olacaq. çünki 55 yaşlı mütəxəssisin sözləşmə müddəti 2020-ci ilin yayına qədərdi.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 17 turdan sonra 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest