Dekabrın 12-dən 14-dək AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvləri Belarusun paytaxtı Minskdə səfərdə olublar. Matç.az saytı xəbər verir ki, qurum rəsmiləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov Belarus Futbol Federasiyasının Lisenziyalaşdırma Qrupunun üzvləri ilə görüşüb.

AFFA nümayəndələri həmkarları ilə ətraflı fikir mübadiləsi aparıb, lisenziya sahəsi ilə bağlı təcrübələrini bölüşüblər. Səfər çərçivəsində "Dinamo" stadionun əməkdaşları ilə də görüş keçirilib, nümayəndələrimiz Belarus Futbol Federasiyasının Futbol Akademiyasında yaradılmış şəraitlə tanış olub. Analoji görüşün Bakıda da təşkil olunması ilə bağlı razılıq əldə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest