Futbol üzrə çexiya 2-ci divizionunda 12-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Jihlava" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.
 
12 turdan sonra 19 xala malik "Viktoriya" 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest