"Xorvatiya yığmasının yenidən Splitdə oyun keçirəcəyi gün gələcək. 2019-cu il təhlükəsizliyin təmini baxımından çox önəmlidi. İnanıram ki, UEFA və FİFA yenidən Splitdə oyun keçirməyə yaşıl işıq yandıracaq".

"Mənim dönəmimin əvvəlində ev oyunlarını Splitdə keçirirdik. Biz hər zaman burda oynamaq istəyirik". Matç.az-ın tportal.hr saytına istinadən məlumatına görə, bunu Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker deyib.

Qurum rəhbəri AVRO-2020-nin seçmə mərhələsinə hazırlıqdan söz açıb. O, ev matçlarının Splitə salınmamasına aydınlıq gətirib: "Split və Dalmaçiyada insanların Xorvatiya millisinin necə dəstəklədiklərini gördük. Bu da düşüncəmin əsas prinsipini təşkil edir. Amma dərhal ultimatuma keçməyə dəyməz. Bu səbəbdən Azərbaycanla qarşılaşmanın Zaqrebdə keçirilməsini qərara aldıq. Ondan sonra seçmə mərhələdə daha 3 ev oyunumuz olacaq. Digər görüşlərin Riyeka, Pula və Osiyekdə keçirilməsini planlaşdırırıq. Bəzi stadionlarımızın təmirə ehtiyacı var. Xorvatiya yığmasının yenidən Splitdə oyun keçirəcəyi gün gələcək. 2019-cu il təhlükəsizliyin təmini baxımından çox önəmlidi. İnanıram ki, UEFA və FİFA yenidən Splitdə oyun keçirməyə yaşıl işıq yandıracaq".

Qeyd edək ki, Xorvartiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest