"Qış fasiləsində hansısa kluba keçməyim real deyil. Hələ ki, ayağımın reabilitasiya prosesi davam edir. Tələsmirəm, tam hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Cavid Tağıyev deyib.
 
Son olaraq "Sabah"ın formasını geyinən 28 yaşlı yarımmüdafiəçi hansısa klubun onunla danışıq aparmadığını bildirib: "Mart ayında hansısa komandada 2 aylıq məşq etmək ehtimalım var. Amma bu da sadəcə ehtimaldır. Heç bir klubla danışıq olmayıb, ona görə də harada məşqlərə başlayacağımı bilmirəm".
 
Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Turan", AZAL, və "Zirə"də də çıxış edib. 2 dəfə Azərbaycan millisinin formasını geyinən oyunçu 2020-ci ilin sentyabrında Türkiyədə xaçvari bağlarından əməliyyat olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest