"Barselona" futbolçusu Riki Puçun müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.
 
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. "Barselona" Puçun sözləşməsinə 100 milyon avro sərbəstqalma maddəsi qoyub.
 
"Barselona"nın yetirməsi olan ispan yarımmüdafiəçi bu mövsüm La Liqada 2, çempionlar Liqasında 3 oyuna çıxıb. Puçun əvvəlki müqaviləsinin müddəti bu ilin yayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest