"Ora nə vaxt qayıdacağıq, bilmirəm. Yeni stadion, məşq bazası inşa etməliyik. Ordakı hər şey məhv olub"

"Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov Niderlandın "De Volkskrant" nəşrinə açıqlama verib.
 
Matc.az xəbər verir ki, Hüseynov, Ağdama qayıtmasından və "Qarabağ"ın vaxtı ilə ev oyunlarını keçirdiyi "İmarət"in vəziyyətindən danışıb:
 
"Ağdama qayıdanda xoşbəxt olacağımı düşünürdüm. Həmin an reallaşanda ağlamamaq üçün özümü güclə saxladım. Onda hiss etdiklərimi ifadə edə bilmərəm. öz torpağıma qayıtmışdım, "İmarət"də idim.
 
Ora nə vaxt qayıdacağıq, bilmirəm. Yeni stadion, məşq bazası inşa etməliyik. Ordakı hər şey məhv olub. "İmarət"dəki son oyunlarımızdan birində yaxınlığımızda raket partladı. Həmin an rəqiblərimizin uzanaraq qorunmağa çalışdığını xatırlayıram. Tezliklə bu xatirələri ev oyunumuzdakı xoşbəxt anlarla əvəzləyəcəyik. Bu, möhtəşəm hissdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest