Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Tottenhem" doğma meydanda "Brentford"la qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb və ilk finalçı olub.
 
Digər finalçının adına Mançester derbisində aydınlıq gəlib. "Mançester Yunayted" üzərində inamlı qələbəyə sevinən "Mançester Siti" həlledici oyunda vəsiqə qazanıb.
 
Final qarşılaşması aprelin 25-də keçiriləcək.
 
İngiltərə Liqa Kuboku
Yarımfinal
5 yanvar
 
Tottenhem – Brentford 2:0
Qol: Sissoko, 12. Son, 70.
 
6 yanvar
 
Mançester Yunayted – Mançester Siti 0:2
Qol: Stounz, 50. Fernandinyo, 83.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest