"Barselona"nın zədəli müdafiəçisi Samuel Umtitidən yeni xəbər var. Matç.az kataloniyalıların rəsmi saytına istinadən məlumat verir ki, fransalı müdafiəçi yaxın günlərdə komandaya qoşulacaq.

Daha əvvəl ounun əməliyyat olunması varinatı olsa da, artıq buna gərək qalmayıb.

Hazırda Qətərdə fizioterapiya kursu keçən oyunçu dekabrın 30-da komandaya qatılacaq və fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Samuel Umtiti bu mövsüm cəmi 6 oyunda komandasına kömək edə bilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest