"Mançester Yunayted"in keçmiş qapıçısı Peter Şmeyxel klubda vəzifə sahibi ola bilər. Matç.az saytının məlumatına görə, ona idman direktoru olmaq təklif edilib.

Bu barədə danimarkalı özü açıqlama verib. "The Telegraph" nəşrinə danışan Şmeyxel "qırmızı şeytanlar"ın öz mədəniyyətini və stilini qaytarmalı olduğunu bildirib: "Mən bu işdə kluba kömək edə bilərəmmi, bu suala cavab tapmaq üçün fikirləşməliyəm. Yeni il tətilində bir müddət istirahət edəcəm və son qərarımı verəcəm".

Qeyd edək ki, baş məşqçisi Joze Mourinyonu istefaya göndərən "Mançester Yunayted" mövsümün sonuna kimi onun postunu keçmiş futbolçusu Ule Qunner Sulşerə tapşırmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest