"Bayer" baş məşqçisi Heyko Herliklə yollarını ayırıb. Matç.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yeni baş məşqçinin adı da məlumdu.

Leverkuzenliləri bundan sonra Peter Boş çalışdıracaq. 55 yaşlı mütəxəssislə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Boş son olaraq Dortmund "Borussiya"sında işləyib.

Qeyd edək ki, "Bayer" Bundesliqada 17 turdan sonra 24 xalla 9-cu pillədə yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest