İspaniyanın "Real Sosyedad" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Sevilya"nın hücumçusu Karlos Fernandesi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı forvardla müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Karlos Fernandes bu mövsüm "Sevilya"nın heyətində cəmi 7 matça çıxıb. Bu klubun öz yetirməsi olan ispan futbolçu daha öncə "Deportivo" və "Qrana"da da icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest