Futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Fulad"la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Keçirdiyi 11 oyuna cəmi 4 xal toplamış "Maşinsazi" 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur "Traktor" klubu isə 19 xalla 4-cüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest