İngiltərənin "Sauthempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Liverpul"un və Yaponiya yığmasının yarımmüdafiəçisi Takumi Minaminonu heyətinə qatıb.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı vinger mövsümün sonuna kimi icarəyə götürülüb. 
 
Minamino 2020-ci ildə transfer edildiyi "Liverpul"da indiyə qədər 31 oyun keçirib. Yapon futbolçu daha öncə "Cerezo Osaka" və "Zalsburq" klublarının da formasını geyinib.
 
"Sauthempton" öz oyunçularından Şeyn Lonqu da Premyer Liqanın digər təmsilçisi "Bornmut"a icarəyə verib. 34 yaşlı irland hücumçu mövsümün sonuna qədər sözügedən komandada çıxış edəcək. "Kork Siti", "Ridinq", "Vest Bromviç", "Hall Siti"də də oynamış İrlandiya yığmasının sabiq üzvü, 2014-cü ildən "Sauthempton"un uğurları üçün çalışırdı. 
 
"Sauthempton"un gənc sağ cinah müdafiəçisi Yan Valeri də "Birmingem Siti"yə icarəyə göndərilib. 21 yaşlı fransız futbolçu da mövsümün sonuna qədər çempionşip təmsilçisinin uğurları üçün çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest