07 Fevral 2021, 08:41
FUTBOL
Futbol üzrə İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Levante” – “Qranada” və “Elçe” – “Vilyarreal” görüşlərində qalib müəyyənləşməyib.
Son turda “Levante”yə uduzan “Real” bu dəfə “Hueska” səfərinə yollanıb. Madrid klubu rəqibini 2:1 hesabıyla məğlub edib.
“Sevilya” da “Xetafe” ilə ev oyununda darmadağına sevinib.
İspaniya La Liqası
22-ci tur
5 fevral
Alaves – Valyadolid 1:0
Qol: Xoselu, 66.
6 fevral
Levante – Qranada 2:2
Qol: Morales, 30; 67 – Kenedi, 43. Soldado, 90+2.
Hueska – Real 1:2
Qol: Qalan, 48 – Varan, 55; 84.
Elçe – Vilyarreal 2:2
Qol: Karillo, 49. Boy, 64 – Moreno, 16; 35.
Sevilya – Xetafe 3:0
Qol: Munir, 67. Qomes, 87. En Nesiri, 89.
7 fevral
17:00 Real Sosyedad – Kadis
19:15 Atletik – Valensiya
21:30 Osasuna – Eybar
00:00 Betis – Barselona
8 fevral
00:00 Atletiko – Selta