Almaniyanın "Leypsiq" klubu baş məşqçi postuna yeni təyinatı rəsmən elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Leypsiq" təmsilçisi argentinalı mütəxəssis Martin Demiçelis ilə anlaşıb. Tərəflər arasında 2028-ci ilin yayına qədər qüvvədə olan müqavilə imzalanıb.

"Leypsiq" ötən mövsüm Bundesliqada üçüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.

Qeyd edəki ki, Demiçelis futbolçu karyerası ərzində "Bavariya" ilə dörd dəfə Almaniya çempionu olub, "Mançester Siti" ilə Premyer Liqanın qızıl medallarını və iki Liqa Kubokunu qazanıb. O, Argentina millisində də 51 oyun keçirib. Məşqçi kimi isə o, daha əvvəl "Bavariya"nın ikinci komandasını çalışdırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest