"Zirə" Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb.

"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, klub Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Feyrense", "Sanxoanense", "Salqeyruş", "Qondomar", "Akademiko Viseu", "Espinyo", "San Jo de Ver", "Beyra Mar" və Kiprin "Olimpiakos"(Nikosiya) klublarında çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest