"Mançester Yunayted" və Mərakeş millisinin müdafiəçisi Nussir Mazraui futbolla erkən vidalaşmağı düşünür. O, özünü dinə həsr etmək istəyir.
Mat.az xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.
"2026-cı il dünya çempionatından sonra karyeramı sonlandıra bilərəm. Həyat qısadır. Gələcəkdə Quranı əzbərləmək və məsciddə imam olmaq istərdim", - Mazraui deyib.
Mazrauinin "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir və 28 yaşlı müdafiəçinin transfer dəyəri hazırda 18 milyon avro olaraq qiymətləndirilir.
2026-cı il dünya çempionatında Mazraui Mərakeşin hər iki oyununda ümumilikdə 170 dəqiqə meydanda olub. İki turdan sonra 4 xalla Mərakeş dünya çempionatının pley-off mərhələsinə yüksəlmək üçün böyük şansını qoruyub saxlayır.













