İspaniyanın "Real" klubunun iki futbolçusu zədəsini sağaldıb.
 
Matc.az xəbər verir ki, Dani Karvaxal və Lukas Vaskes sağalıb.
 
Hər iki futbolçu komanda ilə birlikdə məşqlərə başlayıb.
 
Komandanın digər zədəliləri – Eder Militao, Marselo, Rodriqo, Alvaro Odriosola və Eden Hazard isə hələ də sağalmayıblar. Onlar fərdi məşq edirlər və La Liqanın növbəti turunun "Valensiya" ilə oyununu buraxacaqlar. Yenicə əməliyyat olunan Serxio Ramos isə bərpa prosesi keçir.
 
Qeyd edək ki, "Real" – "Valensiya" oyunu fevralın 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest