İspaniyanın "Elçe" klubunun baş məşqçisi Xorxe Almiron istefa verib.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
Almiron, La Liqanın 23-cü turu çərçivəsində "Selta"ya məğlub olduqları matçdan (1:3) sonra istefa verib.
 
"Elçe" La Liqanın cari mövsümündə keçirdiyi 21 oyuna cəmi 18 xal toplayıb və 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest