Futbol üzrə İtaliya A Seriyasında 22-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha üç görüş baş tutub.
 
"Torino" – "Cenoa" görüşündə qapılara qol vurulmayıb.
 
Lider "Milan" bu turda "Spetsiya" səfərinə yollanıb və məğlubiyyətlə üzləşib.
 
Turun mərkəzi görüşü Neapolda keçirilib. Cennaro Qattuzonun rəhbərlik etdiyi "Napoli" son çempion "Yuventus"la münasibətlərinə aydınlıq gətirib. Turin təmsilçisi də çətin səfərdən əliboş qayıdıb. 
 
İtaliya A Seriyası
22-ci tur
12 fevral
 
Bolonya – Benevento 1:1
Qol: Sansone, 1 – Viola, 60.
 
13 fevral
 
Torino – Cenoa 0:0
 
Napoli – Yuventus 1:0
Qol: İnsinye, 31-pen.
 
Spetsiya – Milan 2:0
Qol: Macciore, 56. Bastoni, 67.
 
14 fevral
 
15:30 Roma – Udineze
18:00 Kalyari – Atalanta
18:00 Sampdoriya – Fiorentina
21:00 Krotone – Sassuolo
23:45 İnter – Latsio
 
15 fevral
 
23:45 Verona – Parma

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest