"Baku Climate Action Week 2026" çərçivəsində iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və dayanıqlı futbol mövzularına həsr olunmuş maarifləndirici seminar təşkil edilib.
"Baku Climate Action Week 2026" (Bakı İqlim Fəaliyyəti Həftəsi) çərçivəsində iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və dayanıqlı futbol mövzularına həsr olunmuş maarifləndirici seminar təşkil edilib.
Matc.az xəbər verir ki, "Palms Sports" Futbol Mərkəzində baş tutan tədbirdə "Neftçi" PFK-nın U-16 komandasının üzvləri iştirak ediblər.
Seminarda idmanın ekologiyaya təsiri, gənc oyunçular üçün ekoloji təmiz həyat tərzi, su və enerjidən qənaətlə istifadə, eləcə də plastik tullantıların azaldılması kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.
Görüşün əsas qayəsi gənc nəslin iqlim məsələlərində məsuliyyətini artırmaq və akademiyada dayanıqlı idman mühitini formalaşdırmaqdan ibarətdir.













