İngiltərə Premyer Liqasının lideri "Liverpul" ikinci dövrənin ilk turunda "Arsenal"la qarşılaşacaq. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" çətin oyunöncəsi ciddi itki ilə üzləşib.

Vitse-kapitan Ceyms Milner sıradan çıxıb. 32 yaşlı yarımmüdafiəçinin əzələsində problem aşkarlanıb. Onun nə zaman sağalacağı açıqlanmasa da, "Arsenal"la XX tur matçını buraxacağı dəqiqdi. Milnerin əvəzinə qarşıdakı oyunda Alberto Moreno iştirak ərizəsinə salına bilər.

Qeyd edək ki, "Liverpul" - "Arsenal" oyunu sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest